"Neftçi"nin hücumçusu: "Hər mövsüm çempion olacaq gücdə idik"

"Neftçi"nin hücumçusu: "Hər mövsüm çempion olacaq gücdə idik" “Neçə il sonra çempion ola bildik. Çox sevindiricidir"
Futbol
147
20 May , 2021 11:00
Neftçinin hücumçusu: Hər mövsüm çempion olacaq gücdə idik

“Neçə il sonra çempion ola bildik. Çox sevindiricidir".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Hücumçu hər il komandasına inandığını söyləyib. "Hər mövsüm deyirdim ki, çempion olacaq gücdəyik. Ancaq nələrsə alınmırdı. Bu mövsüm ikiqat sevindirici oldu. Çünki çempionluğun taleyi son turda həll olundu. Bu, mənim ilk çempionluğumdur. İnanıram ki, davamını gətirə biləcəyik".

Abbasov karyerasını “Neftçi”də davam etdirmək istədiyini vurğulayıb: "Bu yöndə rəhbərliklə danışıqlarım olacaq".

Son xəbərlər

Orphus sistemi