"Neftçi"nin hazırlıq planı açıqlandı

"Neftçi"nin hazırlıq planı açıqlandı "Neftçi” komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Futbol
539
26 Dekabr , 2020 14:38
Neftçinin hazırlıq planı açıqlandı

"Neftçi” komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışı keçəcək.

Yerli futbolçular yanvarın 4-də, legionerlər isə ayın 7-dək bir araya gələcəklər. Toplanış çərçvəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayın 9-da baş tutacaq matçın məkanı, saatı və rəqib haqda daha sonra məlumat veriləcək.

Qeyd edək ki, "Neftçi” Premyer Liqada növbəti oyununu yanvarın 21-də keçirəcək. "Ağ-qaralar” həmin gün "Səbail”in qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi