"Neftçi"nin futbolçusu zədəsini sağaltdı, "Zirə" ilə matçda oynaya bilər

"Neftçi"nin futbolçusu zədəsini sağaltdı, "Zirə" ilə matçda oynaya bilər "Neftçi"nin futbolçusu Ömər Buludov zədəsini tam sağaldıb
Futbol
5 Fevral , 2021 17:52
Neftçinin futbolçusu zədəsini sağaltdı, Zirə ilə matçda oynaya bilər
Ömər Buludov

"Neftçi"nin futbolçusu Ömər Buludov zədəsini tam sağaldıb.

"Report"un məlumatına görə, 23 yaşlı cinah müdafiəçisi komanda ilə məşqlərə start verib.

O, baş məşqçi Samir Abasov şans verəcəyi təqdirdə Azərbaycan Kubokunun 1/4 finalında "Zirə" ilə cavab matçında iştirak edə biləcək. Evdə 0:1 hesabı ilə məğlub olduqları matçda dodağı partlayan və tikiş atılan Emin Mahmudovun da durumu yaxşıdır.

"Neftçi"də yalnız hələ Bakıya qayıtmayan Yusuf Laval "Zirə" ilə oyunu buraxacaq.

Qeyd edək ki, fevralın 7-də keçiriləcək "Zirə" - "Neftçi" matçı saat 17:30-da başlayacaq. İlk görüşdə "Zirə" minimal hesablı qələbə qazanıb - 1:0.

Son xəbərlər

Orphus sistemi