Namik Ələskərov üçün xüsusi maska hazırlanacaq

Namik Ələskərov üçün xüsusi maska hazırlanacaq Yunanıstanda "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov Türkiyəyə gedib.
Futbol
1227
3 Avqust , 2021 23:30
Namik Ələskərov üçün xüsusi maska hazırlanacaq
Namik Ələskərov

Yunanıstanda "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov Türkiyəyə gedib.

"Report"un məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov Bakıda Finlandiya HİK-i ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında bildirib.

43 yaşlı mütəxəssis yarımmüdafiəçi üçün xüsusi maska hazırlanacağını söyləyib.

Qeyd edək ki, Namik Ələskərov "Olimpiakos"la matçın 43-cü dəqiqəsində zədələnib. "Olimpiakos"un futbolçusu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan oyunçu görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Son xəbərlər

Orphus sistemi