Namik Ələskərov: "Çempionatın lideri olmağımızda azarkeşlərimizin əməyi böyükdür" - MÜSAHİBƏ

Namik Ələskərov: "Çempionatın lideri olmağımızda azarkeşlərimizin əməyi böyükdür" - MÜSAHİBƏ Bakı. 21 yanvar. REPORT.AZ/ Neftçi”nin futbolçusu Namik Ələskərov klubun rəsmi saytına müsahibə verib.
Futbol
1947
21 Yanvar , 2019 17:35
Namik Ələskərov: Çempionatın lideri olmağımızda azarkeşlərimizin əməyi böyükdür - MÜSAHİBƏ

Bakı. 21 yanvar. REPORT.AZ/ "Neftçi”nin futbolçusu Namik Ələskərov klubun rəsmi saytına müsahibə verib.

"Report"un məlumatına görə, Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını dəyərləndirən 24 yaşlı yarımmüdafiəçi azarkeşlərə səslənib.

- "Neftçi”nin Antalya toplanışı necə davam edir: Əsas diqqət nəyə yetirilib və məşqlər hansı rejimdə keçirilir?

- Toplanışın böyük hissəsi geridə qalıb. Hər şey plan üzrə gedir. Gündə iki dəfə məşqə çıxırıq. Həm fiziki, həm də taktiki-texniki planda çalışırıq.

- Yoxlama oyunu demişkən, ilk görüşdə Rumıniyanın "Qaz Metan” klubunu məğlub etdiniz...

- Oyundan yaxşı məşq yoxdur. Sınaq matçı olsa belə. "Qaz Metan”a qarşı yaxşı komanda oyunu göstərdik. Yoxlama görüşlərində nəticə önəmli olmasa da, qalib gəlmək həmişə xoşdur. İki gündən sonra daha güclü komanda – Çexiya "Slovan”ı ilə qarşılaşacağıq.

- Sizcə, komanda çempionatın ikinci hissəsi başlayanadək tam hazır olacaq?

- Toplanışın sonuna bir neçə gün qalıb. Baş məşqçi məşqlərin və yoxlama oyunlarının hesabına ilin ilk oyununadək bizi tam hazırlamağa çalışır. Biz futbolçular da əlimizdən gələni edirik ki, çempionatın ikinci hissəsinə həm fiziki, həm də psixoloji baxımdan hazır olaq. Qarşıda iki yoxlama görüşümüz var. Hesab edirəm ki, həmin oyunlardan sonra tam hazır olacağıq.

- Azarkeşlərimiz çempionatın ikinci hissəsinin startını səbirsizliklə gözləyirlər. Onlara nə çatdırmaq istərdin?

- Türkiyədə olsaq da, bundan xəbərdarıq. Çempionatın lideri olmağımızda azarkeşlərimizin əməyi böyükdür. Ümid edirəm ki, onlar çempionatın ikinci hissəsində də bizə dəstək verəcəklər. Qarşıda bizi çox çətin yol gözləyir. Onların dəstəyi bizim üçün çox önəmlidir. "Uypeşt”lə oyunda zədələnəndə azarkeşlərimizin məni necə dəstəklədikləri yaxşı yadımdadır. Buna görə də azarkeşlərin dəstəyi hər bir futbolçu üçün çox vacibdir.

Son xəbərlər

Orphus sistemi