"Neftçi"nin futbolçusu koronavirusa yoluxub

"Neftçi"nin futbolçusu koronavirusa yoluxub "Neftçi"nin futbolçusu Huqo Basto koronavirusa yoluxub.
Futbol
11 Avqust , 2021 19:57
Neftçinin futbolçusu koronavirusa yoluxub
Huqo Basto

"Neftçi"nin futbolçusu Huqo Basto koronavirusa yoluxub.

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, 28 yaşlı müdafiəçinin testinin 8 gün əvvəl müsbət çıxdığını bildirib.

Abasov Bastonun həmin vaxtdan sonra təcrid olunduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, avqustun 12-də Helsinkidəki "Bolt Arena"da keçiriləcək HİK - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi