"Neftçi"nin futbolçusu: "Koronavirus məni çətin duruma saldı"

"Neftçi"nin futbolçusu: "Koronavirus məni çətin duruma saldı" "Baş məşqçimiz bizə proqram vermişdi. Ona uyğun istirahət etdik".
Futbol
194
6 Yanvar , 2021 15:47
Neftçinin futbolçusu: Koronavirus məni çətin duruma saldı
Mert Çelik

"Baş məşqçimiz bizə proqram vermişdi. Ona uyğun istirahət etdik".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mert Çelik klubun televiziyasına açıqlamasında istirahəti barədə danışarkən deyib.

Türkiyəli müdafiəçi ailəsi ilə birlikdə yaxşı vaxt keçirdiyini bildirib: "Tətil müddətində bacardığım qədər məşq etməyə çalışdım. Eyni zamanda dincəldim, ailəmlə çox gözəl vaxt keçirdim. Ümid edirəm ki, mövsümün ikinci hissəsində yaxşı çıxış edib, liderliyimizi qoruyacağıq".

Koronavirusdan sağalan 21 yaşlı oyunçu artıq özünə gəldiyini söyləyib: "Xəstəlik məni çətin duruma saldı. Hardasa 10-11 gün əziyyət çəkdim, zəiflədim. Şükürlər olsun, artıq özümə gəlmişəm. Ailəmi görmək də mənə müsbət təsir etdi".

Gənc futbolçunun sözlərinə görə, özünü Azərbaycanda rahat hiss edir: "Bura çox tez uyğunlaşdım. Biz iki dövlət, bir millətik. Burada özümü Türkiyədəki kimi hiss edirəm".

Son xəbərlər

Orphus sistemi