"Neftçi"nin futbolçusu: "Karantin dövrü ağır keçdi" - MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu: "Karantin dövrü ağır keçdi" - MÜSAHİBƏ Neftçi ilə müqavilənin müddətini uzadan Anton Krivotsyuk klubun rəsmi saytının suallarını cavablandırıb.
Futbol
1 İyun , 2020 17:47
Neftçinin futbolçusu: Karantin dövrü ağır keçdi - MÜSAHİBƏ

"Neftçi" ilə müqavilənin müddətini uzadan Anton Krivotsyuk klubun rəsmi saytının suallarını cavablandırıb. 

"Report" həmin müsahibəni təqdim edir...

- "Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir?

- Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.

- Ümumiyyətlə, "Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?

- Çox vacib rol oynayıb. Dediyim kimi, "Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır.

- Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?

- Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.

- Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?

- Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.

- Futbol üçün çox darıxmısız?

- Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.

Son xəbərlər

Orphus sistemi