"Neftçi"nin futbolçusu belindən zədə aldıqdan sonra xəstəxanaya aparılıb

"Neftçi"nin futbolçusu belindən zədə aldıqdan sonra xəstəxanaya aparılıb "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının IX tur matçında zədələnən "Neftçi"nin futbolçusu Ömər Buludovun durumuna aydınlıq gəlib.
Futbol
31 Oktyabr , 2021 12:09
Neftçinin futbolçusu belindən zədə aldıqdan sonra xəstəxanaya aparılıb

"Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının IX tur matçında zədələnən "Neftçi"nin futbolçusu Ömər Buludovun durumuna aydınlıq gəlib.

Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, belindən xəsarət alan 23 yaşlı müdafiəçi stadiondan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Allahverdiyevin sözlərinə görə, ilkin müayinədən sonra oyunçuda sınıq aşkarlanmayıb: "Onun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı sabah dəqiqləşəcək. Yəqin ki, müddət uzun olmaz".

Qeyd edək ki, "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə başa çatmış oyunun 37-ci dəqiqəsində zədələn Buludov İsmayıl Zülfüqarlı ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi