"Neftçi"nin legioneri: "Mircavadov haqlı ola bilər"

"Neftçi"nin legioneri: "Mircavadov haqlı ola bilər" "Ağasəlim Mircavadov daha əvvəl “Neftçi”yə rəhbərlik edibsə, bu sahə üzrə mütəxəssisdirsə, haqlı ola bilər"
Futbol
10 Fevral , 2022 12:32
Neftçinin legioneri: Mircavadov haqlı ola bilər

"Ağasəlim Mircavadov daha əvvəl “Neftçi”yə rəhbərlik edibsə, bu sahə üzrə mütəxəssisdirsə, haqlı ola bilər".

Bu fikirləri "Report"a müsahibəsində "Neftçi"nin futbolçusu Voislav Stankoviç AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun "bəzi oyunçular bu komandada oynamağa layiq deyil" fikrinə münasibət bildirərkən deyib.

35 yaşlı müdafiəçi özü futbolçu olduğu üçün bu barədə ətraflı açıqlama verə bilməyəcəyini söyləyib: "Yalnız onu deyə bilərəm ki, yeni gələn futbolçuların adaptasiyasına kömək etməli və oyunumuzu yaxşılaşdırmalıyıq. Kimin nə dediyinə şərh verə bilmərəm".

Voislav Stankoviçin müsahibəsini ətraflı şəkildə buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi