"Neftçi"nin əsas komandasının büdcəsi açıqlandı

"Neftçi"nin əsas komandasının büdcəsi açıqlandı "Bu gün o qədər zənglər gəlir ki, hamı "Qalatasaray"la matçda olmaq istəyir. Təəssüf ki, pandemiya bütün dünyanı zəbt edim".
Futbol
10 Sentyabr , 2020 15:48
Neftçinin əsas komandasının büdcəsi açıqlandı
Elnur Eyvazov

"Neftçi" klubunun bu mövsüm üçün xərcləri 35 faiz azalacaq. 

"Report"un xəbərinə görə, bu barədə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində məlumat verib. 

O bildirib ki, koronavirus pandemiyasının "ağ-qaralar"a da təsiri olub: "Azarkeşlərin əksəriyyətini əsas komanda maraqlandırır. Onun büdcəsi yalnız maaş deyil. Əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Yeni sponsorlar dəvət etsək, Avropa Liqasında növbəti mərhələyə yüksəlsək, əlavə gəlir əldə edə bilərik. Yenə mərhələ keçsək, 4 milyon manata çatacağıq. Bu, ümumi klub büdcəsinin 46 faizini təşkil edib. Bizim klub yalnız əsas komandanın üzərində qurulmayıb".

Bununla belə, vitse-prezident əsas məqsədlərinin çempionluq olduğunu sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi