"Neftçi"nin idman direktoru: "Milyonlar olsa, rahat oyunçu gətirərəm"

"Neftçi"nin idman direktoru: "Milyonlar olsa, rahat oyunçu gətirərəm" "Qıraqdan baxan hamı görür ki, "Neftçi"də hücumçu problemi var. Mən də sizə açıq deyirəm ki, baş məşqçi Füzuli Məmmədov da deyib ki, futbolçu ilə müqavilə bağlayacağıq. Bunlar hamısı bir saatda da ola bilər, sizinlə verilişdə olanda da xəbər çıxa bilər k
Futbol
612
9 Sentyabr , 2020 15:20
Neftçinin idman direktoru: Milyonlar olsa, rahat oyunçu gətirərəm
Ceyhun Sultanov
0 : 00
0 : 00

"Kənardan baxan hamı görür ki, "Neftçi"də hücumçu problemi var. Mən də sizə açıq deyirəm, baş məşqçi Füzuli Məmmədov da bildirib ki, belə bir futbolçu ilə müqavilə bağlayacağıq. Bu, bir saatda da baş verə bilər, sizinlə verilişdə olanda da".   

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində deyib. 

O bildirib ki, futbolda hər şey mümkündür: "Bunlar futbolçudurlar. Bu gün bir, sabah isə başqa söz deyə bilərlər. Ona görə son nöqtəni gözləyirik. Bu gün transfer edirsənsə, onunla danışırsan. Futbolçunun müqaviləsi ola bilər, bəzən yoldaşı da məsləhət verir, onun da razılığı ola bilər. Transferlər asanlıqla gerçəkləşmir. Milyonlar olsa, mən də rahat oturar, milyonu verər, oyunçu gətirərəm. Məhdud büdcə var ki, ona uyğun oyunçu gətirməliyəm. Hər bir komanda istəyər ki, top futbolçuları gətirsin".

Qeyd edək ki, "Neftçi"nin konqolu hücumçu Prins İbara ilə müqavilə bağlayacağı gözlənilir.  

Son xəbərlər

Orphus sistemi