"Neftçi"nin braziliyalı legioneri 2 həftə müddətinə sıradan çıxıb

"Neftçi"nin braziliyalı legioneri 2 həftə müddətinə sıradan çıxıb Elşən Abdullayev isə noyabrın 24-dən fərdi məşqlərə başlayacaq
Futbol
22 Noyabr , 2016 15:05
Neftçinin braziliyalı legioneri 2 həftə müddətinə sıradan çıxıb

Bakı. 22 noyabr. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Jonas Pessalli 2 həftəyədək sıradan çıxıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XII tur matçında sağ pəncəsindən zədələnib. 

O, Premyer Liqada "Kəpəz"lə səfər, ölkə kubokunda "Şərurspor"la 1/8 final mərhələsinin oyununu buraxacaq. 

Ağır zədədən sonra müalicəsini davam etdirən yarımmüdafiəçi Elşən Abdullayev isə noyabrın 24-də fərdi məşqlərə başlayacaq. Onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələ dəqiqləşməyib.

Son xəbərlər

Orphus sistemi