"Neftçi"nin Bolqarıstan klubu ilə oyunu baş tutmayacaq

"Neftçi"nin Bolqarıstan klubu ilə oyunu baş tutmayacaq Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin Bolqarıstanın "MOİK 1948" komandası ilə yoxlama oyunu baş tutmayacaq.
Futbol
1402
19 Yanvar , 2022 20:40
Neftçinin Bolqarıstan klubu ilə oyunu baş tutmayacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin Bolqarıstanın "MOİK 1948" komandası ilə yoxlama oyunu baş tutmayacaq.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Sofiya təmsilçisi "ağ-qaralar"a qarşı yanvarın 24-nə planlaşdırılan matçdan imtina edib. Klub bunu texniki səbəblərlə əlaqələndirib.

"MOİK-1948" həmin tarixdə Şimali Makedoniya "Borets"i ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Neftçi" Antalyada artıq 2 yoxlama oyunu keçirib. Son ölkə çempionu ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi