"Neftçi"nin baş məşqçisinin daha iki köməkçisi müəyyənləşib

"Neftçi"nin baş məşqçisinin daha iki köməkçisi müəyyənləşib Bakı. 11 iyun. REPORT.AZ/ Neftçi futbol komandasının yeni baş məşqçisi Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.
Futbol
11 İyun , 2018 17:28
Neftçinin baş məşqçisinin daha iki köməkçisi müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ "Neftçi" futbol komandasının yeni baş məşqçisi Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədovdur. Digər köməkçi-məşqçi isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.

Son xəbərlər

Orphus sistemi