"Neftçi"nin baş məşqçisi sərt cəzalandırılıb

"Neftçi"nin baş məşqçisi sərt cəzalandırılıb AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə başlı qərarlarını açıqlayıb.
Futbol
5 Noyabr , 2021 14:08
Neftçinin baş məşqçisi sərt cəzalandırılıb
Samir Abasov

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə başlı qərarlarını açıqlayıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ” azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib.

"Neftçi"yə isə eyni məbləğdə cərimə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün kəsilib.

Bundan başqa flaqmanın baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub isə daha 4000 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi