"Neftçi"nin baş məşqçisi: "Rukavitsa ilə danışırıq, amma üzünü görməmişik"

"Neftçi"nin baş məşqçisi: "Rukavitsa ilə danışırıq, amma üzünü görməmişik" "Neftçi" Avstraliya millisinin hücumçusu Nikita Rukavitsa ilə danışıqları davam etdirir.
Futbol
25 Avqust , 2021 20:56
Neftçinin baş məşqçisi: Rukavitsa ilə danışırıq, amma üzünü görməmişik

"Neftçi" Avstraliya millisinin hücumçusu Nikita Rukavitsa ilə danışıqları davam etdirir.

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə "Neftçi"nin baş məşqçisi Samir Abasov İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hələlik 34 yaşlı forvardla müqavilə imzalanmayıb: "Həmçinin digər hücumlarla da danışıqlar prosesindəyik. Rukavitsanın üzünü belə, görməmişik. Amma özü və agenti ilə danışırıq. Bir həftə içində məsələyə aydınlıq gələcək".

Qeyd edək ki, Nikita Rukavitsanın son klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan hücumçu ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi