"Neftçi"nin baş məşqçisi rəhbərliklə transfer məsələlərini müzakirə edib

"Neftçi"nin baş məşqçisi rəhbərliklə transfer məsələlərini müzakirə edib "Neftçi"nin prezidenti Kamran Quliyev baş məşqçi Samir Abasovla görüşüb
Futbol
211
6 Dekabr , 2021 17:57
Neftçinin baş məşqçisi rəhbərliklə transfer məsələlərini müzakirə edib
Samir Abasov

"Neftçi"nin prezidenti Kamran Quliyev və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, görüşdə transfer məsələləri müzakirə olunub, komandanı tərk edəcək futbolçularla bağlı fikir mübadiləsi aparılıb.

Cari mövsümün əvvəlində transfer olunmuş Harramiz Soaresin qış fasiləsində komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirən Allahverdiyev hələlik vidalaşacaqları oyunçularla bağlı qərar qəbul olunmadığını söyləyib.

Müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan Mamadu Kanenin durumuna da toxunan klub rəsmisi qarşı tərəfdən cavab gözlədiklərini bildirib: "Olimpiakos"un Kaneni qışda heyətinə cəlb edib-etməyəcəyini bilmirik. Ona görə bu məsələdə də qeyri-müəyyənlik davam edir".

"Neftçi" 10 - 25 yanvarda Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışı keçməyi planlaşdırır. Son ölkə çempionu burada 3 yoxlama matçında qüvvəsini sınayacaq. Allahverdiyev rəqiblərlə bağlı danışıqların davam etdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi