“Neftçi”nin baş məşqçisi italiyalı həmyerlilərinə başsağlığı verib

“Neftçi”nin baş məşqçisi italiyalı həmyerlilərinə başsağlığı verib O, hadisədən zərərçəkənlərə tezliklə sağalmağı arzulayıb
Futbol
15 Avqust , 2018 14:10
“Neftçi”nin baş məşqçisi italiyalı həmyerlilərinə başsağlığı verib
Roberto Bordin

Bakı. 15 avqust. REPORT.AZ/ “Neftçi”nin baş məşqçisi Roberto Bordin İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

53 yaşlı mütəxəssis “Report”a açıqlamasında həmyerlilərinə səbr diləyib. O, hadisədən zərərçəkənlərə tezliklə sağalmağı arzulayıb: “Özümün və ailəmin adından Genuyada körpünün uçması nəticəsində həlak olanlara görə ən səmimi şəkildə başsağlığı verirəm. Dünyasını dəyişənlərin doğmalarına, yaxınlarına möhkəm və səbrli olmağı, hadisədən zərərçəkənlərə isə tezliklə sağalmağı arzulayıram”.

Qeyd edək ki, avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb, 10-larla insan isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi