"Neftçi"nin baş məşqçisi: "HİK təhlükəli komandadır"

"Neftçi"nin baş məşqçisi: "HİK təhlükəli komandadır" "Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. Onların göstərdiyi oyun bunu deməyə əsas verir. çempionatları davam edir. Tbilisi "Dinamo"su ilə matça olduğu kimi, buna da hazırlaşırıq".
Futbol
619
2 Avqust , 2021 18:05
Neftçinin baş məşqçisi: HİK təhlükəli komandadır
Samir Abasov

"Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. Onların göstərdiyi oyun bunu deməyə əsas verir. Finlandiya çempionatı davam edir. Gürcüstan "Dinamo"su ilə matçlarda olduğu kimi, bu rəqiblə görüşlərə də hazırlaşırıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, rəqibin fiziki durumu çox yaxşıdır: "Doğrudan da təhlükəli rəqibdir. Öz ölkəsinin çempionudur. Finlandiya futbolu inkişaf edir. Komandaları güc baxımından müqayisə etrsək, üstünlükləri var. Rəqib daha hazırlıqlıdır. Avropa Liqasında qalmaq üçün əlimizdən gələni edəcəyik. HİK-in xeyli oyununa baxmışıq".

Baş məşqçi hücum xəttində Mirabdulla Abbasov və ya Harramiz Soareşə şans verəcəyini söyləyib: "İki hücumçumuz var. Mirabdulla Abasovun səhhəti ilə bağlı problem yaşadıq. Amma demək olmaz ki, hazır deyil. Məşqimizdə iştirak edir".

Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"un qarşı qarşılaşmalara da toxunan təcrübəli mütəxəssis çox gözəl oyun nümayiş etdirdiklərini vurğulayıb: "Evdə də pis oynamadıq. Üzücü məqamdır ki, keçə bilmədik. Uşaqların əziyyətinə heyfim gəldi. Üzüntümüz buna görə idi. Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyirdik. Həmin matçın atmosferində qalsaq, bizə mənfi təsir göstərəcək. Hazırda əhval-ruhiyyəmiz yaxşıdır".

Abasov Avropa Liqası və Konfrans Liqasındakı potensial rəqiblərindən də danışıb: "Püşkü atanlar deyirlər ki, "Neftçi" sən heç yerə getmə, yerində qal. Həm Türkiyə "Fənərbağça"sı, həm də İsrailin "Makkabi" (Hayfa) güclü rəqiblərdir. Hər ikisi arzuolunmaz komandadır. Hazırda bütün fikrimiz HİK-lə oyunlardadır. İndidən digər rəqibləri düşünmək ağılsızlıq olar".

Baş məşqçi HİK-lə "Olimpiakos"u müqayisə edib: "Əslində Helsinki klubunun hazırkı durumu bizim üçün daha təhlükəlidir. "Olimpiakos"da həddindən artıq keyfiyyətli futbolçular var. Onlar bəzən sənə boşluq verə bilərlər. Amma HİK kimi kollektivlər komanda oyunu sərgiləyirlər. Hücumda və müdafiədə boşluq vermirlər. Baş məşqçinin dediklərini yüksək səviyyədə yerinə yetirirlər. Qapanan komandalara qarşı oyunumuz çətin alınır. Sabah belə hal baş verə bilər. Sabah diqqətli oynamalıyıq ki, yaxşı nəticə qazanaq".

Baş məşqçinin sözlərinə görə, gənc futbolçuların "Olimpiakos"a qarşı oyunu onu sevindirib: "Rəqibdən çəkinməmələri, istəkləri müsbət məqam idi. Sabah onlar oynaya da bilərlər, oynamaya da. Müdafiənin sağ cinahında Ömər Buludov və ya Fəhmin Muradbəyli çıxış edə bilər. Yeni transfer haqqında isə heç nə deyə bilmərəm. Heyətdə kasadlıq var. Ümid edək ki, sabahadək zədəli futbolçumuz olmayacaq".

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq.

Son xəbərlər

Orphus sistemi