"Neftçi"nin baş məşqçisi: "Hakimləri təbrik edirəm"

"Neftçi"nin baş məşqçisi: "Hakimləri təbrik edirəm" "Neftçi"nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib
Futbol
391
13 Fevral , 2021 20:50
Neftçinin baş məşqçisi: Hakimləri təbrik edirəm
Samir Abasov

“Sevinməyə iki gün vaxtımız var. “Qarabağ”ı təbrik edirəm. Hər kəsə nümunədir. Bu komanda ilə oynamaq motivasiyadır. Çətin oyun oldu və qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik. Futbolçularıma təşəkkürümü bildirirəm. Hakimləri təbrik edirəm. Məqsədim onları təzyiq altında saxlamaq idi”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bu qələbə ilə hələ heç nəyin həll olunmadığını bildirib:

“Bu gün fərqli gün idi. Udsaq da, hələ heç nə həll olunmayıb. Digər komandalarla matçlarda xal itirə bilərik. Qarşıda hələ 14 oyun var, sonadək vuruşacağıq. Bu qələbə stimul olacaq”.

Abasov “Zirə” ilə kubok matçına da toxunub: “İkinci oyunda komandam yaxşı oynadı. Mərhələni keçsəydim, nədən danışacaqdılar? Komandamın super oynadığını deməklə futbolçularıma motivasiya vermək istəyirdim. Sadəcə, fikrimin başqa istiqamətə yozulması məni məyus etdi. Məqsəd özümüzü kimləsə müqayisə etmək deyildi”.

Baş məşqçi növbəti turda “Qəbələ” ilə keçirəcəkləri səfər matçından da söz açıb:

“Çətin olacaq, amma əlimizdən gələni edəcəyik. “Qəbələ” yaxşı komandadır. Əsas öz oyunumuza fikir verməliyik. Sabitliyi qorumaq lazımdır”.

Təcrübəli mütəxəssis yeni transfer Əhməd Əhmədovdan da danışıb:

“Başqa hücumçulara baxırdıq və Əhməd Əhmədovdan söhbət belə getmirdi. Amma digərləri alınmadı. Sonra bu variant ortaya çıxdı. Viza məsələsi həll olunan kimi Bakıya gələcək”.

Son xəbərlər

Orphus sistemi