"Neftçi"nin baş məşqçisi: "Dinamo" tam hazır vəziyyətdədir"

"Neftçi"nin baş məşqçisi: "Dinamo" tam hazır vəziyyətdədir" "Sabah bizim üçün önəmli və xoş gündür. Bunun səbəbi azarkeşlərimizin stadionlara girişinə icazə verilməsidir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu, bizim xeyrimizə atılan möhtəşəm addımdır".
Futbol
13 İyul , 2021 20:33
Neftçinin baş məşqçisi: Dinamo tam hazır vəziyyətdədir

"Sabah bizim üçün önəmli və xoş gündür. Bunun səbəbi azarkeşlərimizin stadionlara girişinə icazə verilməsidir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu, bizim xeyrimizə atılan möhtəşəm addımdır".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi" baş məşqçisi Samir Abasov Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçın gərginliyi hiss olunmağa başlayıb: "Hansı ajiotajda oynayacağımızı bilirik. Rəqib öz gücünü ilk oyunda göstərdi. "Dinamo" çempionatda 17 oyun keçirib. Tam hazır vəziyyətdədir. Bu da bizə çətinlik yaratdı. Nəticə yaxşı olsa da, oyunumuz alınmadı. Bunu düzəltməyə çalışacağıq. Artıq səfər qolu qaydası ləğv olunub. Öz oyunumuza arxalanmalıyıq".

Baş məşqçinin sözlərinə görə, komandası ilk matçda yaxşı oynamadı: "Bəzi epizodlarda oyundan qopduq. Sağ və sol müdafiəçilərimiz komandaya yetərincə kömək edə bilmədi. Harramizin ilk rəsmi matçı idi. Ona görə yaxşı təsir bağışlamadı. Qələbəyə baxmayaraq, oyundan razı qalmadıq. Sabahkı matçın necə olacağını demək tələskənlik olar".

Transferlər barədə danışan Abasov vəziyyətin çətin olduğunu vurğulayıb: "Komandanı tərk edən hər bir oyunçunun yerini doldurmaq lazımdır. Çox oyunçuya ehtiyacımız var. Çempionlar Liqasında gərgin oyunlar olur. Bəzi mövqelərdə futbolçumuz yoxdur. Çatışmazlıqları aradan qaldırmaq lazımdır. Oyunçular gəlmirlər. Elələri var ki, ümumiyyətlə səninlə danışmaq istəmir. Hər komanda bunun əziyyətini çəkir".

Abasov hazırkı "Neftçi"nin yaxşı vəziyyətdə olmadığını qeyd edib: "Çempionlar Liqasının qrupu bizim üçün röyadır. Ola da bilər, amma çox çətin görünür. Konfrans Liqasında qrupa düşmək daha real görünür. Amma bu, atdığımız addımlardan asılı olacaq".

Mütəxəssis "Kaxaber Sxadadze iddialı açıqlama verərək, "Neftçi"ni keçmək gücündə olduqlarını söylədi. Bəs sizin həmkarınıza cavabınız nə olardı" sualına bu cür cavab verib: "Konkret deyirsən ki, dava edək (gülür). Cavabı sabah görərik".

Qeyd edək ki, iyulun 14-də keçiriləcək "Neftçi" - "Dinamo" görüşü saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi