“Neftçi”nin baş məşqçisi: “Bəzi futbolçular tapşırıqlarımı maksimum yerinə yetirmədilər”

“Neftçi”nin baş məşqçisi: “Bəzi futbolçular tapşırıqlarımı maksimum yerinə yetirmədilər” “Oyun tam istədiyimiz kimi olmadı. Çünki, ilk hissədəki oyunu fasilədən sonra da göstərməliydik. Bununla belə, futbolçular meydanda çox əziyyət çəkdilər. Qələbə hesabını qorudular”.
Futbol
146
22 Fevral , 2020 20:20
“Neftçi”nin baş məşqçisi: “Bəzi futbolçular tapşırıqlarımı maksimum yerinə yetirmədilər”

“Oyun tam istədiyimiz kimi olmadı. Çünki, ilk hissədəki oyunu fasilədən sonra da göstərməliydik. Bununla belə, futbolçular meydanda çox əziyyət çəkdilər. Qələbə hesabını qorudular”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur qarşılaşmasından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssisin fikrincə, “qırmızı-qaralar” sonuncu yerə layiq deyil: “Yaxşı, mobil komanda ilə görüşdük. Bu rəqibə qarşı oynamaq bizim üçün asan olmadı. Qələbədə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun məsafə qət edib, bizi burada dəstəkləyən azarkeşlərimizə təşəkkür edirik. İnanıram ki, getdikcə daha da yaxşı oynayacağıq”.

Baş məşqçi bildirib ki, əsas narazı qaldığı məqam bəzi futbolçuların verilən tapşırıqları maksimum yerinə yetirməməsidir:

“Komanda oyuna çox yaxşı başladı. Hesabı açdıq, ardıcıl iki qol vurduq. İstər-istəməz bəzi futbolçularda psixoloji rahatlıq yaranır. Bəlkə də bir az güclərini qorumaq istədilər. Amma qol buraxmamaq üçün sonadək vuruşdular”.

Son xəbərlər

Orphus sistemi