"Neftçi"nin baş məşqçisi: "Aparıcı futbolçuların zədəli olması bizi məyus edir"

"Neftçi"nin baş məşqçisi: "Aparıcı futbolçuların zədəli olması bizi məyus edir" "Bu matçı keçirtməkdə məqsəd oyunçuların ritmdən düşməməsi ilə bağlı idi. Çünki bəzi futbolçular milli komandalarda çıxış edir. Yığmada iki görüş keçirənlər də var. Komandaya tapşırdıq ki, bu qarşılaşmaya yoxmala matçı kimi yox, çempionat görüşü kimi yana
Futbol
13 Noyabr , 2021 16:11
Neftçinin baş məşqçisi: Aparıcı futbolçuların zədəli olması bizi məyus edir
Samir Abasov

"Bu matçı keçirtməkdə məqsəd oyunçuların ritmdən düşməməsi ilə bağlı idi. Çünki bəzi futbolçular milli komandalarda çıxış edir. Yığmada iki görüş keçirənlər də var. Komandaya tapşırdıq ki, bu qarşılaşmaya yoxmala matçı kimi yox, çempionat görüşü kimi yanaşsınlar".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Keşlə"yə 4:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bugünkü səhvləri gələcəkdə düzəltməyə çalışacaqlarını bildirib: "Düşünürəm ki, oyunçular tam ciddi şəkildə oynadılar və qələbə qazandıq. Bütün futbolçular məni qane etdi. Zədədən qayıdan Xorxe Korreanın da oyunumuza alışmasını istədik və bu səbəbdən meydana buraxdıq. O da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Yoxlama qarşılaşmasının yaxşı tərəfi odur ki, çempionatda az forma şansı əldə edən oyunçuları sınaya bilirik".

Abasov "Sabah"a qarşı Azərbaycan Premyer Liqasının XI tur matçına ciddi hazırlaşacaqlarını söyləyib: "Aparıcı futbolçuların zədəli olması bizi üzür. Sabir Buqrin və Tiaqo Bezerra hələlik komanda ilə birlikdə deyil. "Sabah"la oyuna kimlər hazır olacaqsa, onlar da meydana çıxacaq. "Keşlə" ilə çempionatdakı son matçda hər şey yaxşı alınırdı, lakin etdiyimiz səhvlər uzudmağımıza səbəb oldu. Bunları aradan qaldırsaq, yolumuza istədiyimiz kimi davam edəcəyik. Sabir Buqrin və Tiaqo Bezerra komanda ilə məşq edə biləcək durumda deyil. Bezerra bu gün fərdi məşqlərə start verib. Buqrin isə sabahdan başlayacaq".

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək "Neftçi" - "Sabah" görüşü saat 18:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi