"Neftçi”nin Bakı toplanışında keçirəcəyi daha iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib

"Neftçi”nin Bakı toplanışında keçirəcəyi daha iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib "Ağ-qaralar" iyulun 15-də "Binə”, iyulun 19-da "Şüvəlan”la qarşılaşacaq
Futbol
10 İyul , 2017 21:34
Neftçi”nin Bakı toplanışında keçirəcəyi daha iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib

Bakı. 10 iyul. REPORT.AZ/ "Neftçi” futbol komandasının Bakı toplanışı çərçivəsində keçirəcəyi daha iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib.

"Report"un məlumatına görə, "ağ-qaralar" iyulun 15-də saat 11:00-da "Binə”, iyulun 19-da saat 18:00-da "Şüvəlan”la qarşılaşacaq.

Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq.

"Neftçi” ilk yoxlama oyununu "Kəpəz”ə qarşı keçirəcək. Sabah saat 18:00-da başlanacaq görüş İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq.

Son xəbərlər

Orphus sistemi