"Neftçi"nin Antalyadakı oyununda insident baş verib

"Neftçi"nin Antalyadakı oyununda insident baş verib "Neftçi" və Polşanın "Visla" (Plotsk) komandaları aralarında Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyununda insident yaşanıb.
Futbol
409
19 Yanvar , 2022 17:53
Neftçinin Antalyadakı oyununda insident baş verib

"Neftçi" və Polşanın "Visla" (Plotsk) komandaları aralarında Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyununda iki insident yaşanıb.

"Report"un məlumatına görə, ilk münaqişə 73-cü dəqiqədə baş verib. Azərbaycan klubunun müdafiəçisi Mert Çelik topu rəqibdən almağa cəhd edərkən, Polşa təmsilçisinin futbolçusu ona sərt qarşılıq verib. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib.

77-ci dəqiqədə isə "Neftçi"nin digər futbolçusu Eddi İsrafilov diqqət mərkəzinə düşüb. İsrafilov ona qarşı kobud oynayan rəqib futbolçu ilə kəllə-kəlləyə gəlib. Mübahisə zamanı texniki zonada əyləşənlər də olaya müdaxilə edib. Hakim hər iki oyunçuya sarı vərəqə göstərdikdən sonra matç davam edib.

Qeyd edək ki, "Neftçi" hazırda 1:0 hesabı ilə öndədir.

Son xəbərlər

Orphus sistemi