"Neftçi"nin Antalya toplanışında növbəti rəqibi müəyyənləşib

"Neftçi"nin Antalya toplanışında növbəti rəqibi müəyyənləşib Görüş “Bellis Deluxe” hotelinin meydançasında baş tutacaq
Futbol
9 yanvar 2017 08:21
Neftçinin Antalya toplanışında növbəti rəqibi müəyyənləşib

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” futbol komandasının növbəti yoxlama oyunundakı rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Özbəkistan "Nasaf"ıdır. 

Yanvarın 11-də keçiriləcək görüş “Bellis Deluxe” hotelinin meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşıb. Görüş qolsuz yekunlaşıb - 0:0. 

Son xəbərlər

Orphus sistemi