"Neftçi"nin 2 futbolçusu "Sabah"la oyunu buraxacaq

"Neftçi"nin 2 futbolçusu "Sabah"la oyunu buraxacaq "Neftçi" Azərbaycan Premyer Liqasının XII turunun "Sabah"la oyununa 2 itki ilə çıxacaq.
Futbol
19 Dekabr , 2020 12:15
Neftçinin 2 futbolçusu Sabahla oyunu buraxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının XII turunun "Sabah"la oyununa 2 itki ilə çıxacaq.

Bu barədə "Report"a komandanın baş məşqçisi Samir Abasov məlumat verib.

42 yaşlı mütəxəssis Stiven Monrozla Bruno Teluşinin sabahkı matçı buraxacağını bildirib. Hər iki legioner koronavirusa yoluxduqları üçün oynaya bilməyəcəklər.

Komandanın digər üzvlərinin bəzilərində test nəticələrinin açıqlandığını söyləyən Abasov hələlik yeni yoluxma qeydə alınmadığını vurğulayıb.

Qeyd edək ki, Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Neftçi" görüşü saat 17:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi