“Neftçi” Makedoniya klubu ilə qarşılaşacaq

“Neftçi” Makedoniya klubu ilə qarşılaşacaq Paytaxt klubu yanvarın 30-da “Sileks” ilə üz-üzə gələcək
Futbol
13 Yanvar , 2018 11:47
“Neftçi” Makedoniya klubu ilə qarşılaşacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakının “Neftçi” futbol klubunun Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

“Report” xəbər verir ki, paytaxt klubu yanvarın 30-da Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” Antalyadakı hazırlıq prosesi dövründə yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, ayın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək. Yanvarın 14-də isə “ağ-qaralar” “Keşlə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq oyun saat 15:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi