"Neftçi" legioneri ilə yollarını ayırdı, "Zirə" istəyir

"Neftçi" legioneri ilə yollarını ayırdı, "Zirə" istəyir "Neftçi" klubu futbolçusu Bruno Teluşi ilə yollarını ayırmağa qərara alıb
Futbol
3 İyun , 2021 10:09
Neftçi legioneri ilə yollarını ayırdı, Zirə istəyir
Bruno Teluşi

"Neftçi" klubu futbolçusu Bruno Teluşi ilə yollarını ayırmağa qərara alıb.

"Report" "Newsport.al" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu müqaviləsi başa çatan 31 yaşlı yarımmüdafiəçi ilə vidalaşıb.

Buna baxmayaraq, albaniyalı oyunçu karyerasını Azərbaycanda davam etdirə bilər. Mövsümü 4-cü sıradan bitirən və avrokuboklar şansını qaçıran "Zirə" Teluşini heyətinə qatmaq istəyir.

Onun Albaniyadan da təklifləri olduğu yazılıb.

Qeyd edək ki, Bruno Teluşi 2020-ci il oktyabrın 20-də "Neftçi"yə keçib.

Son xəbərlər

Orphus sistemi