"Neftçi" Krivotsyukun mövqeyinə yeni futbolçu axtarır

"Neftçi" Krivotsyukun mövqeyinə yeni futbolçu axtarır Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk "Neftçi"dən ayrıla bilər.
Futbol
16 İyun , 2021 16:49
Neftçi Krivotsyukun mövqeyinə yeni futbolçu axtarır
Anton Krivotsyuk

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk "Neftçi"dən ayrıla bilər.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, artıq 23 yaşlı müdafiəçinin mövqeyinə yeni oyunçu axtarışlarına başlayıblar: "Nə qədər dəqiq olduğunu deyə bilmərəm, amma çox güman ki, Krivotsyuk da bizimlə olmayacaq. Hazırda əlimizdə 3 müdafiəçi var. Hücumçunun olmaması isə bizim üçün əsl başağrısıdır".

Qeyd edək ki, Anton Krivotsyukun "Neftçi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb.

Son xəbərlər

Orphus sistemi