“Neftçi” komandası xorvatiyalı futbolçunun transferi üçün Sloveniya klubu ilə danışıq aparır

“Neftçi” komandası xorvatiyalı futbolçunun transferi üçün Sloveniya klubu ilə danışıq aparır Bu, 22 yaşlı sol cinah müdafiəçisi Mateo Mujekdir
Futbol
27 İyul , 2017 14:55
“Neftçi” komandası xorvatiyalı futbolçunun transferi üçün Sloveniya klubu ilə danışıq aparır

Bakı. 27 iyul. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” komandası heyətinə yeni əcnəbi futbolçu cəlb edə bilər. 

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu, xorvatiyalı Mateo Mujekdir.

Paytaxt təmsilçisi hazırda 22 yaşlı sol cinah müdafiəçisinin məxsusu olduğu Sloveniya təmsilçisi “Rudar”la danışıq aparır. Tərəflər arasında razılıq əldə edildikdən sonra əcnəbi oyunçu ilə müqavilə bağlanılacaq.

Qeyd edək ki, “Neftçi” yay fasiləsi ərzində Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovu heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi