“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib

“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib Müşahidə Şurasının üzvləri ilə yeni mövsüm üçün hədəf və məqsədlər haqqında müzakirələr aparılıb
Futbol
21 May , 2021 22:23
“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirilib

Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.

"Report"un məlumatına görə, klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, A komandanın baş məşqçisi Samir Abasov, B komandanın baş məşqçisi Mahmud Qurbanov, Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev ötən mövsümlə bağlı hesabat veriblər.

Kamran Quliyev infrastruktur, akademiya və klubdakı işlər, Elnur Eyvazov maliyyə məsələləri, Samir Abasov və Mahmud Qurbanov öz komandaları, Rüstəm Allahverdiyev isə media və marketinq haqda ümumi məlumat verib.

Daha sonra Müşahidə Şurasının üzvləri ilə yeni mövsüm üçün hədəf və məqsədlər haqqında müzakirələr aparılıb, fikirlər dinlənilib.

Sonda Müşahidə Şurasının üzvləri çempionluq münasibətilə bütün heyəti təbrik edib və komandanın qarşısına yeni mövsümlə bağlı hədəflər qoyub.

Son xəbərlər

Orphus sistemi