"Neftçi" klubunun yeni icraçı direktoru müəyyənləşib

"Neftçi" klubunun yeni icraçı direktoru müəyyənləşib Əsas komandanın baş məşqçisi postuna Elxan Abdullayev gətirilib
Futbol
14 Sentyabr , 2016 19:17
Neftçi klubunun yeni icraçı direktoru müəyyənləşib

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Neftçi" futbol klubunun yeni icraçı direktoru müəyyənləşib. 

"Report"un məlumatına görə, bu vəzifəni Elnur Eyvazov icra edəcək.

Təyinat bu gün rəsmən reallaşıb. E.Eyvazov buna qədər ADCO reklam şirkətinin direktoru vəzifəsində çalışıb.

Bundan başqa, əsas komandanın baş məşqçisi postuna Elxan Abdullayev gətirilib. Orxan Hüseynzadə klubun idman direktoru, İslam Abbasov isə inzibati işlər üzrə baş meneceri vəzifəsinə təyin edilib.

Klubun yaydığı açıqlamada strukturun dəyişdirilməsi istiqamətində aparılan işlərin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, E.Eyvazov Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirib. 2005-2010-cu illərdə mətbuatda çalışıb. 2010 - 2012-ci illərdə “Meqa Sığorta” ASC marketinq və ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində çalışıb. 2012-ci ildə E. Eyvazov “ADCO” MMC-ni təsis edib və bu günə qədər həmin şirkətin direktoru kimi çalışıb. Şirkətin əsas fəaliyyət növü reklam və marketinq xidmətləridir. Bundan əlavə o, Maliyyə və Fond birjalarında treyder kimi də aktiv fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

Son xəbərlər

Orphus sistemi