"Neftçi" klubunun müdafiəçisi Türkiyədə əməliyyat olunacaq

"Neftçi" klubunun müdafiəçisi Türkiyədə əməliyyat olunacaq Əməliyyat İstanbuldakı "Acıbadəm" xəstəxanasında həyata keçiriləcək
Futbol
6 Yanvar , 2017 12:11
Neftçi klubunun müdafiəçisi Türkiyədə əməliyyat olunacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakının "Neftçi" klubunun futbolçusu Rahil Məmmədov Türkiyədə cərrahiyyə əməliyyatı olunacaq.

"Report"un məlumatına görə, bu barədə klubun "Tibbi-Bərpa Mərkəzi"nin açıqlamasında bildirilib.

Əməliyyat İstanbuldakı "Acıbadəm" xəstəxanasında həyata keçiriləcək. Müdafiəçi bir çiynindən əməliyyat olunacaq. Bir aydan sonra isə 22 yaşlı futbolçunun digər çiynində cərrahiyyə əməliyyatı həyata keçiriləcək. Onun əməliyyatdan sonrakı bərpa müddətinin 4-6 ay davam edəcəyi gözlənilir. 

Eyni xəstəxanada olan yarımmüdafiəçi Kamran Nəcəfzadənin isə müayinədən sonra əməliyyat olunması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi