"Neftçi"yə 3 yeni futbolçu cəlb olunacaq

"Neftçi"yə 3 yeni futbolçu cəlb olunacaq Əvəzedici heyətdən 17 yaşlı hücumçu gətiriləcək
Futbol
31 Oktyabr , 2016 11:29
Neftçiyə 3 yeni futbolçu cəlb olunacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Neftçi" klubunda əvəzedici heyətə göndərilmiş futbolçuların əvəzinə yeni oyunçular cəlb olunacaq. Bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.

46 yaşlı mütəxəssis Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının XI tur matçının hazırlıq prosesinə əvəzedici heyətdən 3 futbolçunun çağrılacağını bildirib. O, həmin oyunçulardan yalnız hücumçu İbrahim Əliyevin adını çəkib: "İbrahimin cəmi 17 yaşı olsa da, onun nə komandadan kənarlaşdırdığımız Katalin Tira, nə də əvəzedici heyətə göndərdiyimiz Denilson Pereyradan geri qaldığını düşünürəm".

Qeyd edək ki, "Neftçi" X turda "Qəbələ"yə 1:4 hesablı məğlub olduqları oyundan sonra 5 futbolçusunu əvəzedici heyətə göndərib. Bunlar qapıçı Krşevan Santini, müdafiəçilər Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyradır.

Son xəbərlər

Orphus sistemi