"Neftçi" klubu ukraynalı futbolçu transfer edir

"Neftçi" klubu ukraynalı futbolçu transfer edir Futbolçular komandanın qış toplanışına qoşulacaq
Futbol
189
3 Yanvar , 2017 13:45
Neftçi klubu ukraynalı futbolçu transfer edir

Bakı. 3 yanvar. REPORT.AZ/ Bakının "Neftçi" klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır. Bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.

Baş məşqçi futbolçunun adını açıqlamasa da, həftə ərzində keçidin reallaşacağını deyib: "Futbolçunun klubu ilə danışıqlar aparılıb və razılıq əldə olunub. O dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcək. Sadəcə münasibətlər rəsmiləşməmiş ad açıqlamaq istəmirəm. Həmin oyunçu bizim Türkiyə toplanışına qoşulacaq".

Baş məşqçi Azərbaycan millisinin üzvü Pavel Paşayevin də komandanın qış təlim-məşq toplanışına qatılacağını söyləyib: "Pavellə bağlı danışıqlar davam edir. Çox güman ki, Paveli heyətə cəlb edəcəyik. Hələ işlər yekunlaşmayıb, amma futbolçunun transfer vərəqini almaq istəyirik. Böyük ehtimalla o da bizim toplanışımızda iştirak edəcək".

Qeyd edək ki, "Neftçi" buna qədər Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprextlə ("Slovan", Çexiya - icarə) müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi