"Neftçi" klubu şəhid və qazi azarkeşlərinin ailələrini ziyarət etdi

"Neftçi" klubu şəhid və qazi azarkeşlərinin ailələrini ziyarət etdi “Neftçi” klubunun rəhbərliyi, komandanın baş məşqçisi, kapitanı və azarkeşlər Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olmuş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Futbol
30 Dekabr , 2020 11:38
Neftçi klubu şəhid və qazi azarkeşlərinin ailələrini ziyarət etdi

“Neftçi” klubunun rəhbərliyi, komandanın baş məşqçisi, kapitanı və azarkeşlər Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olmuş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, kollektiv İkinci Fəxri xiyabanı ziyarət edərək, məzarlar önünə klub adından əklil qoyub.

Ardından “Neftçi” azarkeşlərindən şəhid olmuş mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə və əsgər Afiq Qulamlının ailəsinə baş çəkilib, qazi Rafiq Əliyev və Cahid Şükürlü ziyarət edilib. Şəhidlərimizin ailəsinə başsağlığı verib, səbr diləyən klub rəsmiləri onların və qazilərin problem və qayğıları ilə də maraqlanıb. Bildirilib ki, “Neftçi” klubu daim onların yanında olacaq, klub tərəfindən onlara hər cür dəstək göstəriləcək.

Son xəbərlər

Orphus sistemi