​"Neftçi" klubu Mirhüseyn Seyidovla yollarını ayırıb

​"Neftçi" klubu Mirhüseyn Seyidovla yollarını ayırıb Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib
Futbol
14 May , 2015 17:58
​Neftçi klubu Mirhüseyn Seyidovla yollarını ayırıb

Bakı. 14 may. REPORT.AZ/ "Neftçi" klubu futbolçusu Mirhüseyn Seyidovla yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Neftçi” 23 yaşlı futbolçuya azad agent statusu verib. Klub futbolçunun müraciəti əsasında belə qərar verib.

"Neftçi"nin yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb. 

Son xəbərlər

Orphus sistemi