“Neftçi” klubu legioneri ilə müqaviləyə xitam verib

“Neftçi” klubu legioneri ilə müqaviləyə xitam verib Gürcüstanlı futbolçu karyerasını Rusiya komandasında davam etdirəcək
Futbol
20 İyul , 2017 17:31
“Neftçi” klubu legioneri ilə müqaviləyə xitam verib

Bakı. 20 iyul. REPORT.AZ/ "Neftçi” klubu futbolçu Georgi Navalovski ilə yollarını ayırıb. 

“Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı gürcüstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

O, karyerasını Rusiyanın “SKA-Xabarovsk” komandasında davam etdirəcək.

Qeyd edək ki, Georgi Navalovski ötən ilin dekabrında “Neftçi”yə keçib. O, "ağ-qara" forma ilə 13 oyuna çıxıb.

Son xəbərlər

Orphus sistemi