"Neftçi" klubu daha bir legioneri ilə yollarını ayırıb

"Neftçi" klubu daha bir legioneri ilə yollarını ayırıb Krşevan Santini ilə müqaviləyə xita verilib
Futbol
16 Dekabr , 2016 13:51
Neftçi klubu daha bir legioneri ilə yollarını ayırıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" komandası daha bir legioner futbolçusu ilə yollarını ayırıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı qapıçı Krşevan Santini ilə müqaviləyə xitam verib.

Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. Mövsümün əvvəlində transfer edilən Santini "Neftçi”nin heyətində 12 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Neftçi" daha öncə Denilson Pereyra, Dario Melnyak, Katalin Tira və Vançe Şıkovla müqaviləyə xitam verib.

Son xəbərlər

Orphus sistemi