"Neftçi” daha bir futbolçu transferini gerçəkləşdirib - VİDEO

"Neftçi” daha bir futbolçu transferini gerçəkləşdirib - VİDEO Neftçi” klubu daha bir futbolçu transferini gerçəkləşdirib.
Futbol
16 İyun , 2019 16:28
Neftçi” daha bir futbolçu transferini gerçəkləşdirib - VİDEO

"Neftçi” klubu daha bir futbolçu transferini gerçəkləşdirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı hücumçu Stiven Jozef-Monroz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı forvard yeni komandasında da 28 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Jozef-Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan Kubokunun (2019) qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.

Qeyd edək ki, bu, müdafiəçi Voislav Stankoviç və hücumçu Rauf Əliyevdən sonra "Qəbələ"dən "Neftçi"yə keçən 3-cü futbolçu olub. Eyni zamanda yarımmüdafiəçi Dario Frederiko da "ağ-qaralar"a qayıdıb.

Son xəbərlər

Orphus sistemi