“Neftçi” klubu baxışa daha bir futbolçu dəvət edib

“Neftçi” klubu baxışa daha bir futbolçu dəvət edib “Neftçi” klubu baxışa daha bir futbolçu dəvət edib.
Futbol
26 Noyabr , 2019 17:13
“Neftçi” klubu baxışa daha bir futbolçu dəvət edib

“Neftçi” klubu baxışa daha bir futbolçu dəvət edib. 

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu, qvineyalı Nabi Silladır. 21 yaşlı Silla hücumçudur. 

“Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koyah” (2018-2019) klublarında çıxış edib. 

Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Silla hazırda U-23-ün üzvüdür. Klubun məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqqında müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Qeyd edək ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.

Son xəbərlər

Orphus sistemi