"Neftçi" klubu azarkeşlərinə görə cərimələnib

"Neftçi" klubu azarkeşlərinə görə cərimələnib Klub 800 manat ödəyəcək
Futbol
22 Dekabr , 2016 12:58
Neftçi klubu azarkeşlərinə görə cərimələnib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakının "Neftçi" klubu AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələnib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakcell Arena"da "Zirə" ilə keçirdiyi Azərbaycan Kubokunun 1/4 final matçının 64-cü dəqiqəsində meydan sahibi azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi kluba 800 manata başa gəlib.

Həmin görüşdə Zirə təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"Qəbələ" və "İnter"ə qarşı oyunlarda da eyni hal baş verdiyi üçün AZAL və "Kəpəz" də 800 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi