“Neftçi” klubu 800 manat cərimə olunub

“Neftçi” klubu 800 manat cərimə olunub Paytaxt təmsilçisi azarkeşlərinin pirotexniki vasitələrdən yararlanması səbəbindən ziyana düşüb
Futbol
16 Mart , 2017 12:05
“Neftçi” klubu 800 manat cərimə olunub

Bakı. 16 mart. REPORT.AZ/ “Neftçi” futbol klubu 800 manat cərimə olunub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XXII turunun “Qəbələ” ilə ev oyununun 83-cü dəqiqəsində azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən ziyana düşüb.

Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi