"Neftçi" klubu 8 ildən sonra ardıcıl 5 oyunda məğlub olmayıb

"Neftçi" klubu 8 ildən sonra ardıcıl 5 oyunda məğlub olmayıb Bakı. 25 sentyabr. REPORT.AZ/ “Neftçi” komandası futbol üzrə Azərbaycan Premyer Liqasının startındakı məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb.
Futbol
25 Sentyabr , 2018 16:06
Neftçi klubu 8 ildən sonra ardıcıl 5 oyunda məğlub olmayıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ “Neftçi” komandası futbol üzrə Azərbaycan Premyer Liqasının startındakı məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, V turun “Zirə” ilə qarşılaşmasında 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” cari mövsümdə 4 qələbə qazanıb və 1 dəfə heç-heçə edib. 

Paytaxt təmsilçisinin ilk 5 oyunda uduzmamasına son 8 mövsümdə ilk dəfə təsadüf olunub. Bakılıların belə uğurlu startı sonuncu dəfə 2010/2011 mövsümündə qeydə alınıb.

Hesabında 13 xal olan “Neftçi” belə göstəriciyə də 2010/2011 mövsümündən sonra imza atıb. Lakin 8 il öncə top fərqi indiki ilə müqayisədə daha yaxşı olub. Həmin vaxt 10 qol vurub, 1-ni buraxan “ağ-qaralar”da bu göstərici 9:3-dür.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında 5 turdan sonra 13 xalla turnir cədvəlinə başçılıq edir. 

Son xəbərlər

Orphus sistemi