"Neftçi" "Keşlə"yə qalib gələrək vahid lider olub

"Neftçi" "Keşlə"yə qalib gələrək vahid lider olub Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində daha bir oyun keçirilib.
Futbol
30 mart 2019 16:44
Neftçi Keşləyə qalib gələrək vahid lider olub

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində daha bir oyun keçirilib.

"Report" xəbər verir ki, həftənin ikinci matçında "Keşlə" "Neftçi"ni qəbul edib. "ASK Arena"da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində 79-cu dəqiqədə Emin Mahmudov penaltidən fərqlənib.

Bu qələbədən sonra xalını 48-ə çatdıran "Neftçi" vahid lider olub. "Keşlə" isə 19 xalla 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, açılış qarşılaşmasında "Səbail" səfərdə "Zirə"ni məğlub edib - 2:1. Tura aprelin 1-də keçiriləcək "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi