"Neftçi" "Keşlə"ni məğlub edib - VİDEO

"Neftçi" "Keşlə"ni məğlub edib - VİDEO Bununla da "ağ-qaralar" xallarını 26-ya çatdırıblar
Futbol
9 Mart , 2018 20:05
Neftçi Keşləni məğlub edib - VİDEO

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün digər qarşılaşmasında "Neftçi" "Keşlə"ni qəbul edib. 

"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Flaqman oyunboyu iki dəfə irəli çıxsa da, qonaqlar bərabərlik qolunu vurmağa müvəffəq olublar. Lakin 90-cı dəqiqədə kapitan Ruslan Abışov yekun nöqtəni qoyaraq "Neftçi"yə vacib qələbə qazandırıb.

Bununla da xallarını 26-ya çatdıran "ağ-qaralar" 4-cü pillədə qalıblar. "Keşlə" isə 15 xalla 7-cidir.

Azərbaycan Premyer Liqası, XIX tur

9 mart (cümə)

18:00. "Neftçi” – "Keşlə” - 3:2

Qol: Namiq Ələsgərov, 14. İqnasio Errera, 48. Ruslan Abışov, 90 - Adrian Skarlatake, 16. Pərdis Fərcad-Azad, 57

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

"Bakcell Arena”.

Qeyd edək ki, tura martın 10-da "Səbail” – "Sumqayıt” və "Qarabağ” – "Zirə” görüşləri ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi