“Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim etdi

“Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim etdi “Neftçi” PFK Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə keçiriləcək oyunr üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Ərizədə 24 futbolçu yer alıb.
Futbol
363
24 Avqust , 2020 11:30
“Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim etdi

“Neftçi” UEFA Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə keçirəcəyi oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 12-ü yarımmüdafiəçi, 2-si isə hücumçudur. 

Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov.

Müdafiəçilər: 2.Cabir Əmirli, 3.Mamadu Mbodj, 4.Rener Alves De Souza, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 26.Ömər Buludov, 91.Tallison Dias.

Yarımmüdafiəçilər: 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 10.Saman Nərimancahan, 19.Fəhmin Muradbəyli, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 28.Stiven Jozef-Monroz, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı.

Hücumçular: 22.Mirabdulla Abbasov, 55.İbrahim Əliyev.

Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi