"Neftçi" ispaniyalı məşqçinin keçidini açıqladı

"Neftçi" ispaniyalı məşqçinin keçidini açıqladı "Neftçi” klubunun məşqçilər korpusuna yeni təyinat olub.
Futbol
404
5 Yanvar , 2021 10:11
Neftçi ispaniyalı məşqçinin keçidini açıqladı

"Neftçi” klubunun məşqçilər korpusuna yeni təyinat olub.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yerinə yetirəcək.

28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, daha əvvəl İspaniyanın "Terrassa” (2015-2017), "Gava” (2017-2018), Səudiyyə Ərəbistanının "Əl-Hilal” U-23 (2018-2019) və Türkiyənin "Gənclərbirliyi” (2020) klublarında işləyən Karo 2019/2020-ci illər mövsümündə "Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi